23.08.2012 2012-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar haqqında |
İlkin məlumatlara görə, 2012-ci ilin birinci yarısında ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 36,8 faiz artaraq 4,7 milyard ABŞ dolları olmuşdur. İnvestisiyaların 29,7 faizi iqtisadiyyata maliyyə kreditləri, 46,2 faizi birbaşa investisiyalar, 24,1 faizi digər investisiyalar şəklində daxil olmuşdur. |