|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03120263 |
Hesabatın adı |
1–Sərhəd №-li forma (Ölkəyə gələn və gedən şəxslərın sayına dair hesabat) |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 24 noyabr 2014-cü il tarixli 35/13 № qərar ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
Ölkəyə gələn və gedən şəxslərin sayı haqqında |
Dövriliyi |
Yarım illik, İllik |
Təqdim olunma muddəti |
Bütün sahibkarlıq subyektləri Dövlət Sərhəd Xidməti (DSX) hesabat dövründən sonra 30 gün müddətində |
Müşahidə dairəsi |
Ölkənin bütün sərhəd-keçid məntəqələri |
Uçot vahidi |
Ölkə sərhəddini keçən şəxs |
İstifadə olunduğu sahə |
Turizm statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012)377-10-70, daxili 2275 |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
Hesabatın əsas məqsədi Azərbaycana gələn xarici ölkə vətəndaşlarının ölkələr üzrə sayı və xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı haqqında məlumatın əldə olunmasıdır. Gəlmə və getmə turizmə dair statistik müayinə zamanı bu məlumatlardan baş məcmu kimi istifadə olunur.
Hesabat 2014-cü ildən tətbiq olunur. |
İstifadəçilər |
Dövlət orqanları, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Müvafiq siyahı əsasında |
Məlumat mənbələri |
Məlumatların toplanması forması |
Məlumatlar sərhəd keçid məntəqələrində avtomatlaşdırılmış sistem əsasında toplanılır və DSX tərəfindən yekunlaşdırılaraq Dövlət Statistika Komitəsinə təqdim edilir. |
Hazır olma vaxtı |
22 fevral, 22 avqust |
Keyfiyyətə nəzarət və baxış |
Təqdim olunmuş hesabat yoxlanılır. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Hesabatda olan göstəricilər BMT-nin Statistika şöbəsinin tövsiyyələri və Dünya Ölkələri Təsnifatı əsasında hazırlanmışdır. |
Göstəricilərin izahı
|
1-sərhəd №-li hesabatda ölkəyə gələn xarici vətəndaşların sayı və xaricə gedən ölkə vətəndaşlarının sayı haqqında məlumatlar göstərilir.
Rəsmi olaraq ölkədən çıxan vətəndaşların, yaxud ölkəyə gələn xarici vətəndaşların qeydiyyatının aparıldığı ölkə sərhəd keçid məntəqələrində toplanır.
Formal olaraq pasport nəzarəti məntəqələrindən keçərək ölkəyə gələnlər tranzit səyahətçilər adlanır və onlar gələnlərin sayına daxil edilmir.
Tranzit-bu ölkədən tranzitlə səyahət edən və pasport nəzarəti məntəqələrindən keçərək ölkəyə gəlmək və bir neçə saatdan bir neçə günədək qalmaq hüququna malik olan xarici vətəndaşlardır (gələnlərdir). |
Təsnifatlar |
İnzibati ərazi bölgüsü təsnifatı, 2024 |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
İllik və yarımillik məlumatların müqayisəsi zamanı müəyyənləşdirilir. |
Seçmə xətası
|
Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Hesabat məlumatlarının toplanması Statistik işlər proqramına əsasən həyata keçirlir. |
Digər sahələrlə əlaqəsi |
Registr , Miqrasiya və gender statistikası |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan, İngilis |
Nəşr:yekunlar |
Azərbaycanda turizm |
Nəşr:bülleten |
|
Arxivləşdirmə
|
Kağız, elektron |