Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03117413
Hesabatın adı
          1 №-li forma (mənzil) (Mənzil bazarında qiymətlərin müşahidə forması)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 sentyabr 2013-cü il tarixli 40/04S nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Təkrar və ilkin mənzil bazarında mənzillərin qiymətləri haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 1-dən gec olmayaraq
Müşahidə dairəsi
          Mənzil tikinti kooperativləri və mənzil alqı-satqı obyektləri
Uçot vahidi
          Yerli vahid , Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Beynəlxalq informasiya təminatı , Cari və illik hesabatlar statistikası, İqtisadi balanslar statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70 (22-55)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Müşahidə formasının əsas məqsədi mənzil bazarında qiymətlərini müşahidə etməklə ilkin və təkrar mənzil bazarında mənzillərin qiymətlərinə dair məlumatların toplanması və bu sahədə qiymət indekslərinin hesablanması və nəşridir.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat rübündən sonrakı ayın 8-i.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Müşahidə formasında olan göstəricilər Beynəlxalq valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Statistika Bürosu, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri və tövsiyələri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Müşahidə formasında olan göstəricilər Dövlət Statistika Komitəsinin 16 sentyabr 2013-cü il tarixli 40/04S nömrəli sərəncamı ilə təsdiq olunmuş müşahidə formasının doldurulmasına dair göstərişlərdə verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat rübündə qiymət məlumatlarının müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçmə xətasının hesablanması həyata keçirilmir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Qiymət qeydiyyatçıları tərəfindən hesabat rübündən sonrakı ayın 1-dən gec olmayaraq real vaxt rejimində təqdim edilir
Digər sahələrlə əlaqəsi
          Tikinti statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanda qiymətlər
Nəşr:bülleten
          İstehsalçı qiymət indeksləri
Arxivləşdirmə
          Kağız, elektron