|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03117251 |
Hesabatın adı |
12-qiymət (sənaye) №-li forma (Sənaye məhsullarının istehsalçı qiymətləri, həmin məhsulların istehsalı üçün istifadə olunan xammal və materialların qiymətləri və sənaye xarakterli xidmətlərin qiymətləri haqqında) |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 06 dekabr tarixli 48/04 №-li qərarı ilə təsdiq edilmişdir |
Qısa məzmunu |
Sənaye məhsullarının istehsalçı qiymətləri, həmin məhsulların istehsalı üçün istifadə olunan xammal və materialların qiymətləri və sənaye xarakterli xidmətlərin qiymətləri haqqında |
Dövriliyi |
Aylıq |
Təqdim olunma muddəti |
Bütün sahibkarlıq subyektləri hesabat dövründən sonrakı ayın 2-ci iş günündən gec olmayaraq |
Müşahidə dairəsi |
Sənaye müəssisələri |
Uçot vahidi |
Hüquqi şəxs |
İstifadə olunduğu sahə |
Beynəlxalq informasiya təminatı , Cari və illik hesabatlar statistikası, İqtisadi balanslar statistikası , Sənaye statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012) 377-10-70 daxili 22-55 |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
Hesabatın əsas məqsədi sənaye məhsullarının istehsalçı qiymətləri, göstərilmiş sənaye xarakterli xidmətlərin qiymətləri və müəssisələr tərəfindən məhsul istehsalı məqsədilə əldə olunmuş xammal və materialların qiymətlərinə dair məlumatların toplanması və bu sahədə qiymət indekslərinin hesablanması və nəşridır. Hesabatın 1-ci bölməsi üzrə məlumatlar 2000-ci ildən, 2-ci və 3-cü bölmələri üzrə məlumatlar isə 2010-cu ildən yığılır. |
İstifadəçilər |
Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Seçmə müşahidə |
Məlumat mənbələri |
Hüquqi şəxslər (müəssisə) |
Məlumatların toplanması forması |
Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur. |
Hazır olma vaxtı |
Hesabat ayından sonrakı ayın 2-ci iş günü |
Keyfiyyətə nəzarət və baxış |
Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Hesabatda olan göstəricilər Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Statistika Bürosu, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri və tövsiyələri əsasında tərtib olunmuşdur. |
Göstəricilərin izahı
|
Hesabatda olan göstəricilərin izahı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 06 dekabr tarixli 48/04 №-li qərarı ilə təsdiq edilmiş "Sənaye məhsullarının istehsalçı qiymətləri, həmin məhsulların istehsalı üçün istifadə olunan xammal və materialların qiymətləri və sənaye xarakterli xidmətlərin qiymətləri haqqında" 12-qiymət (sənaye) №-li aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"də verilmişdir. |
Təsnifatlar |
İqtisadi fəaliyyət növləri təsnifatı, Dövlət idarəetmə orqanlarının funksiyalarının təsnifatı , Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Hesabat ayı üzrə qiymət məlumatlarının müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir. |
Seçmə xətası
|
Seçmə xətası hesablanmır. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Sənaye müəssisələri hesabat dövründən sonrakı ayın 2-ci iş günündən gec olmayaraq yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir. |
Digər sahələrlə əlaqəsi |
Sənaye statistikası |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan |
Nəşr:yekunlar |
Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanda qiymətlər |
Nəşr:bülleten |
İstehsalçı qiymət indeksləri |
Arxivləşdirmə
|
Kağız, elektron |