Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109076
Hesabatın adı
          65 №-li forma (neft kəməri) (Magsitral neft kəmərləri nəqliyyatının işi haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 08 iyul tarixli 24/09 qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Magistral neft kəmərləri nəqliyyatının işi haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Kiçik olmayan sahibkarlıq subyektləri   hesabat dövründən sonra 45 gün müddətinə
Müşahidə dairəsi
          Magistral neft kəmərləri ilə neftin ötürülməsi ilə məşğul olan müəssisələr (İFNT üzrə 49502)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Registr
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili 2234
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi magistral neft kəməri nəqliyyatının ümumi iqtisadi göstəriciləri haqqında məlumatları toplamaq, onları qruplaşdırmaq, məcmuə məlumatlarına daxil etmək və istfadəçilərə məlumat verməkdir. Hesabat forması 10 ildən yuxarıdır tətbiq olunur
İstifadəçilər
          Dövlət orqanları
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Magistral neft kəmərləri ilə neftin ötürülməsi ilə məşğul olan müəssisələr hesabat dövründən sonra 45 gün müddətinə (illik hesabat 90 gün) yerləşdiyi rayonun (şəhərin) statistika orqanına təqdim etməlidirlər.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər nəqliyyat sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Beynəlxalq Nəqliyyat Forumu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          “Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li (neft kəməri) rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 08 iyul tarixli 24/09 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Məlumatların qəbulunda və istifadəsində xəta aşkar olunduqda şifahi və yazılı qaydada respondentə məlumat verilir, müvafiq düzəlişlər edilir və hesabat yenidən təqdim olunur. Xətaların qeydiyyatı aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir. Statistik işlər proqramına, rüblük iş planlarına uyğun müəyyən olunmuş vaxtda nəşr olunur.
Digər sahələrlə əlaqəsi
          Registr , Maliyyə statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda nəqliyyat
Nəşr:bülleten
          Nəqliyyat, informasiya və rabitə üzrə əsas statistik göstəricilər
Arxivləşdirmə
          Kağız, elektron