Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03107054
Hesabatın adı
          2-energetika №-li forma(Elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması haqqında hesabat)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 27 oktyabr 2021-ci il tarixli 24/12 №-li qərarı ilə təsdiq edilmişdir
Qısa məzmunu
          Elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması haqqında
Dövriliyi
           Yarım illik, İllik
Təqdim olunma muddəti
          Kiçik olmayan sahibkarlıq subyektləri   Hesabat dövründən sonrakı ayın 30-dək.
Müşahidə dairəsi
          Əsas fəaliyyəti elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması olan hüquqi şəxslər (onların nümayəndəlik və filialları)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Energetika statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (+99412) 377 - 10 - 70 daxili: 2224, 2214
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabat əsas fəaliyyəti elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması olan hüquqi şəxslər (onların nümayəndəlik və filialları) tərəfindən elektron formada hesabat dövründən sonrakı ayın 30-dək Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat elektron formada təqdim olunur. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          hesabat dövründən sonrakı ayın 30-dək
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Beynəlxalq Enerji Agentliyinin Enerji statistikası üzrə tövsiyələri, BMT-nin enerji statistikası üzrə beynəlxalq tövsiyələri, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il 27 oktyabr tarixli 24/12 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması haqqında” 2-energetika №-li yarımillik, illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişdə öz əksini tapmışdır.
Təsnifatlar
          İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı, Məhsul növləri təsnifatı, Sənaye məhsullarının statistik təsnifatı, 2019, Enerji məhsullarının təsnifatı , "İnzibati Ərazi Bölgüsü Təsnifatı"nın 2020-ci ilədək qüvvədə olan versiyası ilə yeni versiyası arasında keçid "açarları"
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı xüsusi qeydiyyat kitabında aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir
Digər sahələrlə əlaqəsi
          Sənaye statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın energetikası
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron