Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106030
Hesabatın adı
          4-tikinti №li forma (Fərdi sahibkarların tikinti fəaliyyəti haqqında).
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 5 avqust 2022-ci il tarixli 20/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Fərdi sahibkarların tikinti fəaliyyəti haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 15-dək
Müşahidə dairəsi
          Əsas fəaliyyəti tikinti olan fərdi sahibkarlar.
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi tikinti sahəsində fəaliyyət göstərən fiziki şəxslərin (fərdi sahibkarların) tikinti fəaliyyəti haqqında məlumatların toplanmasıdır.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən sonra 40-cı gün
Keyfiyyətə nəzarət və baxış
          Hesabat məlumatlarının yoxlanması üçün müvafiq proqram təminatında nəzarət müqayisə cədvəlləri hazırlanmışdır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 4-tikinti nömrəli (Fərdi sahibkarların tikinti fəaliyyəti haqqında) rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişdə verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki rüb və ya əvvəlki ilin müvafiq dövründə təqdim etdiyi etdiyi hesabatların yekun məlumatların müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          seçmə müşahidəsi nəticəsində alınmış statistika məlumatlarının dəqiqliyini müəyyən etmək üçün baş məcmu ilə seçmə məcmu göstəriciləri arasındakı fərq- reprezentativ xəta hesablanır
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          İqtisadi balanslar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda tikinti, Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq
Nəşr:bülleten
          Əsas kapitala yönəldilmiş investisiyalar və tikintinin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron