|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03106023 |
Hesabatın adı |
12-İnvestisiya № li (Əsas kapitala yönəldilmiş investisiyalar və əsas fondların istifadəyə verilməsi haqqında). |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 avqust 2023-cü il tarixli 39/14 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
Əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında |
Dövriliyi |
Aylıq |
Təqdim olunma muddəti |
Kiçik sahibkarlıq subyektləri hesabat rübündən sonrakı ayın 20-dək |
Kiçik olmayan sahibkarlıq subyektləri hesabat ayından sonrakı ayın 5-ci iş günündə |
Müşahidə dairəsi |
Əsas kapitala investisiya yönəltmiş ölkə rezidenti olan kommersiya hüquqi şəxslər, qeyri-rezident hüquqi şəxslərin filial və nümayəndəlikləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatları. |
Uçot vahidi |
Hüquqi şəxs |
İstifadə olunduğu sahə |
İqtisadi balanslar statistikası , Tikinti statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
+99412 377 10 70 (daxili 2210) |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
Hesabatın əsas məqsədi əsas kapitala investisiya yönəldilməsi, tikililərin və obyektlərin inşası ilə bağlı göstəricilər haqqında məlumatların toplanmasıdır. Hesabat 2013-cü ildən tətbiq olunur. |
İstifadəçilər |
Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Bütün müəssisələr |
Məlumat mənbələri |
Hüquqi şəxslər (müəssisə) |
Məlumatların toplanması forması |
Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur. |
Hazır olma vaxtı |
Mikro sahibkarlıq subyekti olmayan tikinti müəssisələr üzrə hesabat dövründən sonrakı ayın 12-si, mikro sahibkarlıq subyekti olan tikinti müəssisələri üzrə hesabat dövründən sonra 40-cı günədək. |
Keyfiyyətə nəzarət və baxış |
Hesabat məlumatlarının yoxlanması üçün müvafiq proqram təminatında nəzarət müqayisə cədvəlləri hazırlanmışdır. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur. |
Göstəricilərin izahı
|
Hesabatdakı göstəricilərin izahı 12-İnvestisiya № li forma (Əsas kapitala yönəldilmiş investisiyalar və əsas fondların istifadəyə verilməsi haqqında) rəsmi statistika hesabatı formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir. |
Təsnifatlar |
Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ayla, ötən ilin müvafiq ayı ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılır və səhvlər aşkarlandıqda düzəldilir. |
Seçmə xətası
|
Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir. |
Digər sahələrlə əlaqəsi |
Cari və illik hesabatlar statistikası |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan, İngilis |
Nəşr:yekunlar |
Azərbaycan rəqəmlərdə |
Nəşr:bülleten |
Əsas kapitala yönəldilmiş investisiyalar və tikintinin əsas göstəriciləri |
Arxivləşdirmə
|
Kağız, elektron |