Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106010
Hesabatın adı
          12 istehsal (tikinti) nömrəli forma (Malların istehsalı və təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında).
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28.01.2014-cü il tarixli 9/14 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Tikinti müəssisələri tərəfindən malların istehsalı, yüklənməsi (göndərilməsi), obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında statistik məlumatlar
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 20-dək
          Kiçik olmayan sahibkarlıq subyektləri   hesabat ayından sonrakı ayın 5-ci iş günü 13:00-dək
Müşahidə dairəsi
          Bütün tikinti müəssisələri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi tikinti sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin tikinti fəaliyyəti haqqında məlumatların toplanmasıdır.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 12-si; mikro sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 40-cı gününədək
Keyfiyyətə nəzarət və baxış
          Hesabat məlumatlarının yoxlanması üçün müvafiq proqram təminatında nəzarət müqayisə cədvəlləri hazırlanmışdır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 12-istehsal (tikinti) nömrəli (Malların istehsalı və təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında) aylıq hesabat formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ayları, əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          İqtisadi balanslar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycan rəqəmlərdə
Nəşr:bülleten
          Əsas kapitala yönəldilmiş investisiyalar və tikintinin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron