Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03104055
Hesabatın adı
          1-istehsal (sənaye) №-li forma (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 31 may 2023-cü il tarixli 26/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Martın 15-dək
Müşahidə dairəsi
          Bütün sənaye müəssisələri (Sənaye fəaliyyəti göstərən təsərrüfat subyektləri İFNT üzrə 05-39 bölmələri)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Cari və illik hesabatlar statistikası, Sənaye statistikası , Energetika statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin istehsal fəaliyyəti haqqında, o cümlədən dəyər və natura formasında olan göstəricilər haqqında məlumatların toplanmasıdır. Hesabat 2014-cü ildən tətbiq olunur.
İstifadəçilər
          Sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          mart ayının 15-dək
Keyfiyyətə nəzarət və baxış
          Hesabat məlumatlarının yoxlanması üçün müvafiq proqram təminatında nəzarət və müqayisə cədvəlləri hazırlanmışdır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısa müddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 1-istehsal (sənaye) ( Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) illik rəsmi statistika hesabatı formasının tərtib edilməsinə dair metodoloji izahlarda verilmişdir.
Təsnifatlar
          İqtisadi rayonların bölgüsü, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı, Sənaye məhsullarının statistik təsnifatı, 2019
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı xüsusi qeydiyyat kitabında aparılır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          Cari və illik hesabatlar statistikası, Energetika statistikası , Ərzaq balansları statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın sənayesi
Nəşr:bülleten
          Sənayenin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron