Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03102117
Hesabatın adı
          4-əmək №-li forma (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında hesabat)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il 15/06 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          İşçilərin sayı, əməkhaqqı, hərəkəti, iş vaxtından istifadə edilməsi və hesablanmış əmək haqqı fondu haqqında məlumatları əldə etmək üçündür.
Dövriliyi
           Aylıq, Rüblük
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  - kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək;
          Kiçik olmayan sahibkarlıq subyektləri   -mikro sahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək.
Müşahidə dairəsi
          Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları
Uçot vahidi
          Yerli vahid , Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Statistikanın təşkili , İşçi qüvvəsinin tədqiqatı statistikası, Beynəlxalq məlumat mübadiləsi, Əmək statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-61-21; (012) 377- 10-70 / daxili 22-08
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Muzdla işləyənlər haqqında lazımi məlumatlar əldə etmək və istifadəçilərə çatdırmaqdır. Hesabat 1993-cü ildən tətbiq olunub.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Statistik vahid tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim edilir.
Hazır olma vaxtı
          Hesabat dövründən sonra 35-ci gün
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Beynəlxaq Əmək Təşkilatının metodoloji sənədləri, Avrostatın "statistikaya dair tələblər-Kompendium" metodik tövsiyyəsi və milli normativ hüquqi aktlar
Göstəricilərin izahı
          4-əmək hesabatının doldurulmasına dair göstəriş.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Əvvəlki ilin aylıq (rüblük) hesabat məlumatları ilə müqayisə zamanı mövcud xətalar aşkar edilir və düzəlişlərin aparılması təmin edilir.
Seçmə xətası
          Statistik vahidlər başdan-başa cəlb olunduğu üçün seçmə xətası aparılmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir.
Digər sahələrlə əlaqəsi
          Statistikanın təşkili , İşçi qüvvəsinin tədqiqatı statistikası, Beynəlxalq məlumat mübadiləsi, Əmək statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Əmək bazarı, Dayanıqlı inkişaf məqsədləri
Nəşr:bülleten
          Muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı
Arxivləşdirmə
          Elektron