Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03101272
Hesabatın adı
          “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” 2 – xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 14 yanvar 1/08 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 20-dək
          Kiçik olmayan sahibkarlıq subyektləri   hesabat rübündən sonrakı ayın 20-dək
          Bütün sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 20-dək
Müşahidə dairəsi
          Hesabat təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq qeyri-rezidentlərə borcu olan bütün müəssisə və təşkilatlar.
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70 (2204)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli, 118 nömrəli qərarına uyğun olaraq hazırlanmış və ölkə rezidentlərinin xarici borclarına və onlara xidmət edilməsinə dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir.
Hazır olma vaxtı
          Hesabat rübündən sonra 45-ci gün
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli, 118 nömrəli qərarına uyğun olaraq hazırlanmış və ölkə rezidentlərinin xarici borclarına və onlara xidmət edilməsinə dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur.
Göstəricilərin izahı
          Xarici borc - debitor tərəfindən borcun əsas məbləğinin və (və ya) borc üzrə faizlərin müəyyən edilmiş dövrlərdə ödənilməsini nəzərdə tutan ölkə rezidentlərinin qeyri-rezidentlər qarşısında ödənilməmiş faktiki cari öhdəliklərinin qalığıdır. Borcun əsas hissəsi (əsas borc) – kreditor tərəfindən təqdim edilmiş borcun və ya digər yolla qəbul edilmiş öhdəliyin məbləğidir. Adətən (faizsiz kredit deyilsə) bu məbləğə borc üzrə faizlər hesablanır. Borc üzrə faizlər - əsas borcdan istifadəyə görə debitor tərəfindən ödənilməli olan və əsas borcun üzərinə hesablanan (əlavə edilən) faizlərdir. Dövrü surətdə həyata keçirilən bu cür ödəmələr faiz ödənişləri adlanır. Öhdəliyin (kreditin, borcun) yenidən strukturlaşdırılması – borca xidmət şərtlərinin dəyişdirilməsinə dair əldə edilən ikitərəfli (həm kreditorun həm də debitorun iştirakı ilə) razılıq əsasında öhdəliyin cari məbləğinin dəyişməsi.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi rayonların bölgüsü, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı, İqtisadiyyatın institusional sektorlarının təsnifatı , Qitələr və coğrafi regionların siyahısı, Dünya ölkələri
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Yekun məlumatlar üzrə xüsusi Excel funksiyalarının köməyi ilə əvvəlki rübün hesabat məlumatları valyuta, ölkə, sətir kodu və məbləğ göstəriciləri üzrə müqayisə edilərək aşkar olunan uyğunsuzluqlar aradan qaldırılır
Seçmə xətası
          Borc nömrəsi,ölkə, valyuta növü, əməliyyatların həcminin böyüklüyü və s. məlumatlar üzrə məntiqi yoxlamalar nəticəsində aşkarlanan səhvlər statistik vahidlərlə aydınlaşdırılaraq aradan qaldırılır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Statistik işlər planına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir.
Digər sahələrlə əlaqəsi
          Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Elektron