|
Hesabat forması haqqında inzibati məlumatlar |
|
Kodu |
03101002 |
Hesabatın adı |
Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında 1 - invest №-li rəsmi statistika hesabat forması |
Təsdiq olunma tarixi |
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 14 yanvar 2016-cı il tarixli, 1/08N-li qərarı ilə təsdiq edilmişdir. |
Qısa məzmunu |
Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında. |
Dövriliyi |
Rüblük |
Təqdim olunma muddəti |
Kiçik sahibkarlıq subyektləri hesabat dövründən sonra 20 gün ərzində. |
Kiçik olmayan sahibkarlıq subyektləri hesabat dövründən sonra 20 gün ərzində. |
Bütün sahibkarlıq subyektləri hesabat dövründən sonra 20 gün ərzində. |
Müşahidə dairəsi |
Xarici ölkələrdən investisiya alan və xarici ölkələrə investisiya yönəldən bütün müəssisə və təşkilatlar, konsern və birliklər,habelə xarici investisiyalı müəssisələr. |
Uçot vahidi |
Hüquqi şəxs |
İstifadə olunduğu sahə |
Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
(012)377-10-70 (2204) |
|
Hesabatın məqsədi və istifadə sferası |
|
Məqsəd və tərtib tarixi |
Hesabat üzrə məlumatlar ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələr, onların filial və nümayəndəlikləri, habelə xarici investisiyalar cəlb edən və xarici ölkələrə investisiya yönəldən, qeyri-rezidentlərin xidmətlərindən istifadə edən və onlara xidmət göstərən bütün müəssisə və təşkilatlar tərəfindən rüblük dövriliklə hesabat formasının üzərində göstərilən müddətdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir. |
İstifadəçilər |
Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar |
|
Statistik məhsul üçün məlumat işlənməsi |
|
Məcmu |
Müvafiq siyahı əsasında |
Məlumat mənbələri |
Hüquqi şəxslər (müəssisə) |
Məlumatların toplanması forması |
Hesabat www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir. |
Hazır olma vaxtı |
Statistik işlər planına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir. |
Keyfiyyətə nəzarət və baxış |
Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir. |
|
Konsepsiya və təsnifatlar |
|
Əsas konsepsiya
|
1-invest №-li (rüblük) rəsmi statistika hesabatı forması “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli, 118 nömrəli qərarına uyğun olaraq hazırlanmış və ölkə rezidentlərinin xarici investisiyalar və qeyri-rezidentlərlə xidmətlər üzrə apardıqları əməliyyatlarına dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur. |
Göstəricilərin izahı
|
Birbaşa investor - müəssisənin sahibi olan, yaxud onun səhmlərinin və ya nizamnamə kapitalının 10 faizdən az olmayan hissəsinə nəzarət edən və müəssisənin yerləşdiyi ölkənin rezidenti olmayan fiziki və ya hüquqi şəxsdir.
Birbaşa investisiya – müəssisə və onun birbaşa investoru (birbaşa investorları) arasında bütün maliyyə əməliyyatlarını əhatə edir. Birbaşa investisiyaları əks etdirən maliyyə əməliyyatları əsasən aşağıdakılardır:
a) səhm və payların alqı-satqısı;
b) bölüşdürülməmiş gəlirlərin reinvestisiya edilməsi;
c) müəssisələrarası borclar (debitor və kreditor borcları, maliyyə kreditləri və digər borc öhdəlikləri). |
Təsnifatlar |
Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi rayonların bölgüsü, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı, İqtisadiyyatın institusional sektorlarının təsnifatı , Qitələr və coğrafi regionların siyahısı, Dünya ölkələri |
|
Xətalar və uyğunsuzluqlar |
|
Məlumatların xətaları
|
Yekun məlumatlar üzrə xüsusi Excel funksiyalarının köməyi ilə əvvəlki rübün hesabat məlumatları valyuta, ölkə, sətir kodu və məbləğ göstəriciləri üzrə müqayisə edilərək aşkar olunan uyğunsuzluqlar aradan qaldırılır. |
Seçmə xətası
|
Ölkə, valyuta növü, əməliyyatların həcminin böyüklüyü və s. məlumatlar üzrə məntiqi yoxlamalar nəticəsində aşkarlanan səhvlər statistik vahidlərlə aydınlaşdırılaraq aradan qaldırılır. |
|
Vaxtında toplama və digər sahələrlə əlaqəsi |
|
Vaxtlılıq
|
Statistik işlər planına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir. |
Digər sahələrlə əlaqəsi |
Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası |
|
Məlumatların əldə olunması |
|
İnternet ünvanı
|
www.stat.gov.az |
Hesabat dili |
Azərbaycan |
Nəticə dili |
Azərbaycan |
Nəşr:yekunlar |
|
Nəşr:bülleten |
|
Arxivləşdirmə
|
Elektron |