1 | Əlaqə | |
1.1 | Təşkilat | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
1.2 | Təşkilatın məsul struktur bölməsi | Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi |
1.3 | Əlaqə üçün məsul şəxs | Nuru Suleymanov |
1.4 | Əlaqə üçün məsul şəxsin vəzifəsi | Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri |
1.5 | Əlaqə üçün məsul şəxsin poçt ünvanı | AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81 |
1.6 | Əlaqə üçün məsul şəxsin e-poçtu | nuru.suleymanov@stat.gov.az |
1.7 | Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | (+99412) 538 74 50; 377 10 70: 22-17 |
1.8 | Əlaqə üçün məsul şəxsin faks nömrəsi | (+99412) 538 24 42 |
2 | Metaməlumatların yenilənməsi | |
2.1 | Metaməlumatların son təsdiq tarixi | 07.06.2024 |
2.2 | Metaməlumatların son yerləşdirilməsi tarixi | 07.06.2024 |
2.3 | Metaməlumatların son yenilənməsi tarixi | 30.09.2024 |
3 | Statistik təqdimat | |
3.1 | Məlumatların izahı | Ümumi daxili məhsul (ÜDM) - istehsalçı rezident vahidlərinin müəyyən dövr ərzində istehsal fəaliyyətinin son nəticəsini səciyyələndirir və bazar qiymətlərilə hesablanır. O, iqtisadi proseslərin bir - birilə əlaqəli aspektlərini xarakterizə etmək üçün lazımdır. Ümumi daxili məhsul göstəricisinin tədqiqinin istiqamətindən asılı olaraq, onun qiymətləndirilməsi cari, müqayisəli və baza dövrünün daimi qiymətləri ilə aparılır. ÜDM-in həcmi, əsas olaraq, sahələrin ümumi əlavə dəyərinin cəmindən ibarətdir. Əlavə dəyər isə öz növbəsində aşağıdakı sahələr üzrə yığılır: kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, sənaye, tikinti, ticarət və xidmətlər,nəqliyyat və anbar təsərrüfatı, turizm, informasiya və rabitə sektoru və sosial və fərdi xidmətlər. |
3.2 | Təsnifat sistemi | İqtisadi fəaliyyət növləri təsnifatının (İFNT) üçüncü versiyası |
3.3 | Əhatə edilən sektor | ÜDM qeyri - maliyyə korporasiyaları, maliyyə korporasiyası, dövlət idarəetmə, ev təsərrüfatlarına xidmət edən qeyri - kommersiya təşkilatı və ev təsərrüfatı sektorunu əhatə edir. |
3.4 | Statistik anlayışlar və təriflər | ÜDM 3 üsulla hesablanır. 1) istehsal üsulu: məhsul buraxılışı dəyəri - aralıq istehlak + məhsula olan vergilər - məhsula olan subsidiyalar; 2) xərclər üsulu: son istehlak xərcləri + ümumi yığım + xalis ixrac; 3) gəlirlər üsulu: əmək haqqı + ümumi mənfəət + ümumi qarışıq gəlirlər + istehsala və idxala olan vergilər - istehsala və idxala olan subsidiyalar. |
3.5 | Statistik vahid | Ümumi daxili məhsul iqtisadiyyatın bütün sektorlarını ilə əlaqəli və iqtisadiyyatı bütövlükdə əhatə edən göstəricidir. |
3.6 | Statistik məcmu | ÜDM göstəricisinin hesablnması üçün lazımi məlumatlar müxtəlif statistik mənbələrdən əldə edilir. Qeyd etmək lazımdır ki, MHS-in makroiqtisadi göstəriciləri üçün, o cümlədən ÜDM üçün statistik məcmuə anlayışı münasib deyil. |
3.7 | İstinad zonası | Ümumi daxili məhsul beynəlaxalq təşkilatların (Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Vakyuta Fondu və Dünya Bankı) tərəfindən irəli sürülən Milli Hesablar Sistemi 1993 və 2008-in konsepsiyası əsasında hesablanır. |
3.8 | Vaxt əhatəliyi | Ümumi daxili məhsul 1990-1991-ci illəri əhatə etməklə rəsmi olaraq 1992-cı ildən hesablanır. |
3.9 | Baza dövrü | 2005-ci il |
4 | Ölçü vahidi | Manatla |
5 | Hesabat dövrü | Hesabat dövrü rəsmi tərtib olunmuş təqvim çərçivəsində (aylıq, rüblük, illik) təqdim edilir |
6 | İnstitusional mandat | |
6.1 | Hüquqi aktlar və digər razılaşmalar | "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti qanunvericilik aktları |
6.2 | Məlumatların təşkilatlararası bölgüsü | Bütün beynəlxalq təşkilatlara və yerli istifadıçilərə |
7 | Məxfilik | |
7.1 | Məxfilik siyasəti | Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır
http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf
Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur.
http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf
İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır.
http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf |
7.2 | Məxfi məlumatların işlənməsi | Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır. |
8 | Yayım (nəşr) siyasəti | |
8.1 | Yayım (nəşr) təqvimi | Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. |
8.2 | Yayım təqviminə giriş | Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/ |
8.3 | İstifadəçi girişi | Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf http://www.stat.gov.az/source/system_nat_accounts/ |
9 | Yayım tezliyi | Aylıq, Rüblük, İllik |
10 | Bərabər giriş və aydınlıq | |
10.1 | Mətbu məlumat | Müəyyən olunmuş təqvimə əsasən ÜDM haqqında məlumatlar hər ay press - relizdə dərc olunur |
10.2 | Nəşrlər | ÜDM haqqında məlumat aylıq bülleten "Sosial - iqtisadi inkişaf", illik "Azərbaycanın Milli Hesabları" və "Azərbaycanın Statistik göstəriciləri" məcmüələrində dərc olunur. |
10.3 | Onlayn məlumat bazası | http://www.stat.gov.az/source/system_nat_accounts/
https://www.azstat.gov.az/portal/?lang=az |
10.4 | Mikroməlumatlara giriş | Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər.
http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf |
10.5 | Digər | ÜDM-un hesablamasına dair MHS-1993 və 2008-lə yanaşı AHS-2010-un metodoloji tövsiyyələrindən istifadə olunur. |
10.6 | Metodologiya üzrə sənədlər | Ümumi daxili məhsul haqqında metodoloji materialı "Statistika üzrə əsas göstərişlər", "Azərbaycanın Milli Hesabları" adllı nəşlərdə və ya bu linkdə tapmaq olar. http://www.stat.gov.az/menu/7/other_metadata/. |
10.7 | Keyfiyyət üzrə sənədlər | Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/ https://www.azstat.org/MetaDataG/ |
11 | Keyfiyyətin idarə olunması | |
11.1 | Keyfiyyət təminatı | Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir.http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik biznes-prosesin ümumi modeli” tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası üzrə statistik proseslərin idarə olunmasında SBPÜM –in (GSBPM) tətbiqinə dair statistika proseslərinin təsviri hazırlanmışdır
http://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/hs01_sb.pdf İldə 1 dəfədən az olmamaq şərtilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2016-cı ildə Özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və “Ev təsərrüfatları büdcələrinin statistikası” müayinəsinin “Tvinninq” layihəsi çərçivəsində Almaniya və Bolqarıstan statistikasının ekspertlərinin iştirakı ilə müşahidə rəhbəri tərəfindən özünüqiymətləndirməsi keçirilmişdir. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmiş, ekspertlərin tövsiyələrinə uyğun olaraq statistika sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilməkdədir. |
11.2 | Keyfiyyət qiymətləndirilməsi | Şablon hamı üçün: Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur. |
12 | Aktuallıq | |
12.1 | İstifadəçi tələbatları | İstifadəçilərinin tələbi ən çox istehsal və istifadə olunmuş ÜDM, onların artım templəri, neft və qeyri-neft sektoru ilə bağlı göstəricilərdir. Əsas istifadəçilər İqtisadiyyat nazirliyi, Mərkəzi Bank, Dövlət Vergi xidməti, Beynəlxalq təşkilatlar. |
12.2 | İstifadəçi məmnunluğu | İldə bir dəfə Milli hesablar və makroiqtisadi göstəricilər statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. |
12.3 | Dolğunluq | MHS 1993 və MHS 2008 çərçivəsində ÜDM-a aid olunan bütün komponentlər |
13 | Dəqiqlik və etibarlılıq | |
13.1 | Ümumi dəqiqlik | Məlumatlar ehtiyat-istifadə cədvəlləri, tədiyyə balansı və digər inzibati mənbələrdən daxil olmuş hesabat məlumatları əsasında dəqiqləşdirilir |
13.2 | Seçmə xətası | Mövcud deyildir. |
13.3 | Qeyri-seçmə xətası | Mövcud deyildir. |
14 | Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə | |
14.1 | Vaxtlı-vaxtında olma | İllik ÜDM haqqında məlumatların birinci dəqiqləşdirmə 15 oktyabr tarixi; rüblük məlumatların birinci dəqiqləşdirmə vaxtı (I rüblük) cari ilin sentyabr ayının 30-dək, son dəqiqləşdirmə tarixi - növbəti ilin sentyabr ayının 30-dək; (II rüb) - cari il dekabr ayının 30-dək, növbəti il sentyabr ayının 30-dək; (III rüb) - növbəti il mart ayının 30-dək, son dəqiqləşdirmə vaxtı - növbəti il sentyabr ayının 30-dək; (IV rüb) - növbəti il iyun ayının 30-dək, son dəqiqləşdirmə - növbəti il sentyabr ayının 30-dək; illik - növbəti il mart ayının 30-dək, son dəqiqləşmə tarixi - növbəti il sentyabr ayının 30-dək. |
14.2 | Tam vaxtında yerinə yetirmə | ÜDM haqqında məlumatlar vaxtlı-vaxtlında statistik işlər proqramının təqviminə əsasən hazırlanır. |
15 | Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik | |
15.1 | Coğrafi müqayisəlilik | Müqayisəlilik təmin edilir. |
15.2 | Vaxt üzrə müqayisəlilik | Müqayisəlilik təmin edilir. |
15.3 | Sahələrarası uyğunluq | Rüblük və illik məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir. |
15.4 | Daxili uyğunluq | Rüblük məlumatların illik məlumatlara uyğunluğu BVF-un "Rüblük milli hesablar" üzrə metodoloji vəsaitinə uyğun qurulur. |
16 | Xərc və yük | Respondetlərə ödəniş edilmir. |
17 | Məlumatların dəqiqləşdirilməsi | |
17.1 | Məlumatların dəqiqləşdirilməsi siyasəti | Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır.
http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf |
17.2 | Məlumatların dəqiqləşdirilməsi təcrübəsi | "Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti
http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf |
18 | Statistik emal | |
18.1 | İlkin məlumatlar | Müəssisə və təşkilatlardan daxil olan məlumatlar, ev təsərrüfatlarının ailə büdcələrinin müayinəsiləri, izibati məlumat mənbələri və seçmə müayinələr |
18.2 | Məlumatların toplanması dövriliyi | Məlumatlar hər ay toplanır. |
18.3 | Məlumatların toplanması | Onlayn hesabatlar |
18.4 | Məlumatlara nəzarət | Hər bir komponent beynəlxalq standarta uyğun qəbul olunmuş ardıcıllıqla yoxlanılır. |
18.5 | Məlumatların ümumiləşdirilməsi | Məlumatlar Dövlət Statistika Komitəsinin sahə şöbələrindən, Mərkəzi Bankdan, Vergilər Nazirliyindən və Maliyyə Nazirliyi və digər inzibati mənbələrdən toplanır və işlənir. |
18.6 | Düzəlişlər | Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldıırlması qaydaları" və məlumatlara yenidən baxılması reqlamentinə əsasən adlı metodoloji tövsiyyəyə uyğun olaraq aparılır. |
19 | Şərh | Əlavə şərh yoxdur. |